Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Babək Muxtarov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.