Daşkəsəndə qoyun oğrusu olan dəstə ələ keçirildi - FOTO
17 iyun 2023 13:25 (UTC +04:00)

Daşkəsəndə qoyun oğrusu olan dəstə ələ keçirildi - FOTO

Daşkəsəndə oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, bu ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövləyə qanunsuz olaraq daxil olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırda buynuzlu heyvan oğurlanıb.

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov,Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmraslanov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxlər törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar