Daha iki məmur barəsində RÜŞVƏTALMA İTTİHAMI
22 may 2021 09:18 (UTC +04:00)

Daha iki məmur barəsində RÜŞVƏTALMA İTTİHAMI

Lənkəranda İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə iki nümayəndəsi barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, Şürük kənd üzrə icra nümayəndəsi Köçəriyev Faiq Qüdrət oğlu və Vilvan kənd üzrə icra nümayəndəsi Yusubov Ağayar İzzət oğlu rüşvət almaqda təqsirli bilinirlər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onlar barəsində olan cinayət işinin istintaqı başa çataraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar