Daha bir məktəbli QIZILCADAN ÖLDÜ
01 fevral 2024 16:25 (UTC +04:00)

Daha bir məktəbli QIZILCADAN ÖLDÜ

Bakıda daha bir məktəbli qızılcadan həyatını itirib. 

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, Sabunçu rayonu, Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinfində oxuyan Aysel adlı şagird qızılcaya yoluxduqdan sonra vəfat edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lent.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib: 

“2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub. 

Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib. Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5205
avatar

Fidan İlqar

Oxşar yazılar