Daha 6 koronavirus xəstəsi barədə araşdırmalar başlandı
26 avqust 2021 10:36 (UTC +04:00)

Daha 6 koronavirus xəstəsi barədə araşdırmalar başlandı

Ucarda koronavirus xəstələri tələb olunan qaydaları pozublar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxan və ev şəraitində müalicə təyin edilən rayonun Bərgüşad kənd sakinləri Hüseyn Behbudovun və Oruc Alməmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

Həmin şəxslər kənd ərazisində aşkarlanıb və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Cəlilabad və Masallı rayonlarında da yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon sakinləri V.Məmmədov və Ş.Cavadzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb. Lakin Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Masallıda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş G.Həsənov və F.Bayramovun yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib. Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslər ictimai yerlərdə aşkarlanıb. Həmin əraziyə təcili tibbi yardım avtomobilləri çağırılmaqla və tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları ünvana qaytarılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar