COVID xəstəsi aparan təcili yardım maşını  qəzaya düşdü
27 dekabr 2021 17:03 (UTC +04:00)

COVID xəstəsi aparan təcili yardım maşını qəzaya düşdü

Qaxdan Qobustana COVID-19 xəstəsi aparan təcili tibbi yardım maşını qəzaya düşüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə bu gün saat 16 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində baş verib.

Qax rayon sakini, 43 yaşlı Amiran Bayramaşvilinin idarə etdiyi, Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qax şəhərindən Qobustan rayonuna müalicə üçün aparılan koronavirus xəstəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15639
avatar

Oxşar yazılar