67 yaşlı qadını maşın vurub.
Lent.az-ın məlumatına görə, hadisə Gəncədə baş verib.
Samux rayonu, Çobanabdallı kəndində yaşayan Babayev Orxan Nehru oğlu idarə etdiyi VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən “Sünbül” adlı çörək bişirmə sexinin qarşısında piyada, 67 yaşlı Gəncə şəhəri, 20 yanvar küçəsi ev 135-də yaşayan Qocayeva Firuzə Nəriman qızını vurub. Nəticədə Firuzə Qocayeva aldığı çoxsaylı xəsarətlərdən Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Istintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.