Çörək sexində yanğın: 2 nəfər xəsarət alıb
29 dekabr 2021 06:20 (UTC +04:00)

Çörək sexində yanğın: 2 nəfər xəsarət alıb

0

Ağstafada yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fəaliyyət göstərən çörək sexində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yağın söndürülüb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı İ.Əzizov və daha bir nəfər yüngül xəsarət alıb. Onlara hadisə yerində yardım göstərilib. 

Hadisənin başvermə səbəbləri araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1746

Oxşar yazılar