Sumqayıtda dənizdə batan 18 yaşlı gəncin meyiti tapılıb.
Lent.az APAya istinadən xəbər verir ki, hadisə Coratda qeyri-çimərlik ərazisində qeydə alınıb.
2006-cı il təvəllüdlü Kamal Mirzə oğlu Nəbiyev dənizdə çimərkən boğulub.
Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.