DƏHŞƏT: koronavirus kompüterləri də məhv edir
03 fevral 2020 20:15 (UTC +04:00)

DƏHŞƏT: koronavirus kompüterləri də məhv edir

"IBM X-Force" şirkətinin təhlükəsizlik üzrə ekspertləri hakerlərin koronavirus infeksiyaları əleyhinə profilaktik tədbirlər haqqında ətraflı məlumatlar təqdim edən qoşma fayllar vasitəsilə viruslar yaymağa başlamasını açıqlayıblar.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, onların ilk qurbanı Yaponiyanın Qifu, Osaka və Tottori şəhərlərinin istifadəçiləri olub. Lakin hakerlərin fəaliyyətinin genişlənəcəyi gözlənilir.

 Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, bəzən troyan və digər virusların olduğu qoşma fayllar "Microsoft Word" sənədləri, "PDF" faylları və "MP4" videoları adı altında gizlənir. Onların adlarında ölümcül virusdan qorunma barədə təlimatların olması göstərilir. Ekspertlərin sözlərinə görə, aşkarlanan hücumların əksər hissəsi "Emotet" zərərli proqram ailəsinə aiddir. Kompüterə çıxış əldə edən cinayətkarlar hesab məlumatları, brauzer tarixçəsi və məxfi sənədləri toplaya, eləcə də qurğuların normal işini poza bilərlər. Məlumata görə, bu üsulla minlərlə kompüter yoluxdurulub.

"Hazırda əsas xəbər kimi geniş müzakirə olunan koronavirus artıq kibercinayətkarlar tərəfindən "tələ" kimi istifadə edilib. İndiyədək yalnız 10 unikal fayl aşkarlanıb, lakin belə hallarda hakerlər tərəfindən populyar KİV xəbərlərinin adından istifadə edildiyi üçün bu tendensiyanın inkişafı gözlənilir", – "Kaspersky laboratoriyası" antivirus şirkətinin analitiki Anton İvanov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2929

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15