Beyləqan sakini evinin qarşısında qumar təşkil edib.
Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar məclisi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.
Əldə etdiyimiz məlumata görə, S. Mehdiyevin oğlunun sabah toyu olacaqmış. Qumar məclisi də elə onun oğlunun ciyər axşamı yığıncağında olub.