Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
09 oktyabr 2023 10:10 (UTC +04:00)

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

7-8 oktyabr tarixlərində ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 38, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2726

Oxşar yazılar