Çin vətəndaşı Bakıda faciəli şəkildə öldü
02 avqust 2023 15:00 (UTC +04:00)

Çin vətəndaşı Bakıda faciəli şəkildə öldü

Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Qaradağ rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 1-də, saat 08 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalmış və aldığı xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2405

Oxşar yazılar