Ulan-Batorda monqol qadınları kömür oğurluğuna etiraz etmək üçün 20 dərəcə şaxtada soyunmağa qərar veriblər. Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, həkimlər onların səhhətinə nəzarət edirlər.
“Bizi eşitmələrinin yeganə yolu budur! Mən də dövlət qulluqçusu idim. Biz monqollar həqiqətən acizik. Təbii sərvətlər bir neçə acgöz tərəfindən talan edilib!”. – Hökumət Sarayının qarşısında etirazçılardan biri bildirib.
Yaxınlıqda olan bir qadın əlində “Prezident oğrularını və polisini idarə edə bilmir. 76-lar, yəni Monqolustan parlamentinin 76 deputatı çox acgözdür” yazılan plakat tutub.
Daha əvvəl bildirilmişdi ki, nümayişçilər Monqolustanın baş naziri Luvsannamsrayn Oyun-Erdeneyə kiçik əşyalar atıblar. Etirazçılar 12 milyard dollarlıq kömür oğurlayan korrupsionerlərin tapılaraq cəzalandırılmasını tələb ediblər.
Dekabrın 5-də Monqolustanın paytaxtı Ulan-Batorda hökumətin hərəkətlərindən narazı olan insanların kütləvi nümayişi başlayıb. Etirazçılar korrupsionerlərin adlarının çəkilməsini və cəzalandırılmasını tələb ediblər. Monqolustandan ixrac edilən kömürün miqdarının ölkənin ümumi ixracının təxminən 86 faizini alan Çinin qəbul etdiyi kömürdən fərqli olduğu bildirilir.