Cərrah xəstənin sağlam ayağını kəsdi -  2 gün sonra xəbər tutdu
02 dekabr 2021 04:15 (UTC +04:00)

Cərrah xəstənin sağlam ayağını kəsdi - 2 gün sonra xəbər tutdu

3

Avstriyada 82 yaşlı xəstənin ayağı səhv kəsilib. 

Lent.az-ın xəbərinə görə, klinikaların birində cərrah pasientin sağlam ayağını kəsib. 

Qadın cərrah əməliyyatı səhv etdiyini 2 gün sonra başa düşüb. Lakin onun “səhvini düzəltməyə” vaxtı olmayıb. Xəstə əməliyyatdan bir həftə sonra vəfat edib.

Məhkəməyə ifadəsində cərrah əməliyyat blokunda ayağın səhv işarələndiyini iddia edib. Məhkəmənin qərarı ilə o, 2700 avro cərimə edilib. Bundan başqa, cərrah pasientin dul arvadına 5000 avro təzminat da ödəməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 3941

Oxşar yazılar