Cəlilabadda metamfetaminin (patı) dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri S.Nəsirov və F.Quliyev saxlanılıblar.
Keçirilən baxış zamanı onların hər birinin üzərindən psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.