Azərbaycanda satıcı işlədiyi mağazadan külli miqdarda pul oğurlayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəlilabad rayonunda yerləşən “Rizvan” ticarət mərkəzində qeydə alınıb.
Oradakı mağazalardan birinin sahibi Amil Feyzullayev polisə ərizə ilə müraciət edərək satıcısı Elsevər Rüstəmovun mağazadan 25 min manat pul və 48 min manat dəyərində qızıl oğurladığını bildirib.
Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanılıb.