Cəlilabad sakininin əlində fişəng partlayıb,  xəsarət alıb
20 mart 2024 19:27 (UTC +04:00)

Cəlilabad sakininin əlində fişəng partlayıb, xəsarət alıb

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 1993-cü il təvəllüdlü E. Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb.

O, əlindən ağır xəsarətlər alıb. Təcili olaraq rayon xəstəxanasına aparılıb. Həkimlər ona  ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədələnməsi, 2-ci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyublar.

Yaralıya zəruri tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

# 2832
avatar

Oxşar yazılar