Cavanşir Feyziyev
17 fevral 2022 20:14 (UTC +04:00)

Cavanşir Feyziyev

Cavanşir Feyziyev barəsində şikayət icraata götürülmədi

Səbail Rayon Məhkəməsində deputat Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Cavanşir Feyziyevin vəkili bildirib ki, bir neçə nəfərin ünvanına xoşagəlməz ifadələr işlənilmiş status müvəkkili tərəfindən yazılmayıb, həmin səhifə də ona aid deyil. 

Məhkəmədə qərar elan olunub.

Qərara əsasən Bəxtiyar Hacıyev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət icraata götürülməyib.

Qeyd edək ki, Cavanşir Feyziyev sosial şəbəkə hesabında bir qrup siyasətçi,  jurnalist və ictimai fəalın  ünvanına xoşagəlməz ifadələr yazıb.

Buna səbəb isə London Məhkəməsində Feyziyevlər ailəsinə məxsus 5 milyon funt-sterlinqlə bağlı qalmaqal olub.

Bundan sonra İctimai fəal Bəxtiyar Hacıyev Milli Məclisin deputatı Cavanşir Feyziyevin Cinayət Məcəlləsinin 147-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56