Böyük Britaniyada bir neçə uşaq Uest-Midlend qraflığındakı Solihall gölündə buzun altına yıxılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, son məlumatlara görə, 8, 10 və 11 yaşlı üç oğlan ölüb.
Qeyd olunur ki, 6 yaşlı daha bir uşaq ağır vəziyyətdə hələ də xəstəxanadadır.
Bundan əlavə, daha iki uşağın göldə itkin düşdüyü iddia edilir. Hadisə yerində olan dalğıclar axtarışlarını davam etdirirlər.
Polisdən bildirilib ki, aşağı temperatur səbəbindən yerdə qalan uşaqları xilas etmək şansları çox azdır. Göldəki hadisənin oyunlar zamanı baş verdiyinə aydınlıq gətirib.