Şamaxı rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib.
Lent.az xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Vüsal Əmrahov Şamaxı RPŞ-nin xidmət üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində işləyib.