Bu rayonun hərbi komissarı həbs edildi
27 sentyabr 2024 18:40 (UTC +04:00)

Bu rayonun hərbi komissarı həbs edildi

Azərbaycan  Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna  Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib.

Lent.az-ın məlumatına görə, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumatı təsdiqləyib.

Məlumata görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Oxşar yazılar