Bu rayonda üç nəfərə canavar hücum etdi
13 dekabr 2024 11:31 (UTC +04:00)

Bu rayonda üç nəfərə canavar hücum etdi

Şəkidə 3 nəfərə canavar hücum edib.

Lent.az-ın məlumatına gərə, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən kəndin ərazisində canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində də canavar kəndin ərazisində iki nəfərə xəsarət yetirib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseyinəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədova xəsarət alıblar.

Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2987

Oxşar yazılar