Bu prokurorların işinə xitam verildi - FOTO
23 sentyabr 2022 16:00 (UTC +04:00)

Bu prokurorların işinə xitam verildi - FOTO

Bir neçə prokuror prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunu qulluq keçmələrinə xitam verilib. Bununla əlaqədar Baş prokuror Kamran Əliyev sentyabrın 23-də Baş Prokurorluğun inzibati binasında qəbul edib, Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.

# 2751
avatar

Oxşar yazılar