Goranboyda kənd sakinindən silah götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə dekabrın 29-da saat 19 radələrində Goranboy rayonunun Azad kəndində qeydə alınıb. Bir nəfərin ov tüfəngindən havaya atəş açması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib və kənd sakini Tərviz Tağıyevin evinin qarşısında sərxoş halda xuliqanlıq zəminində özünə məxsus ov tüfəngindən havaya atəş açaraq ictimai qaydanı pozması müəyyən olunub. Polis əməkdaşları ondan müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürüblər.
Araşdırma aparılır.