Biznesmenin yarım milyardı  oğurlandı
13 aprel 2024 19:00 (UTC +04:00)

Biznesmenin yarım milyardı oğurlandı

Rusiyanın Moskva şəhərində iş adamı Absolut Bankın işçilərini seyfdən yarım milyard rubl oğurlamaqda və onları saxta bank biletləri ilə əvəzləməkdə ittiham edib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, əlli yaşlı iş adamı seyfdə saxladığı əmanət üçün Malı Suxarevski prospektindəki filiala gəlib. O, pul almaq üçün bir işçi ilə gedib, lakin seyfdə 500 milyon rubl (təxminən 9 milyon 150 min manat) pul əskik olub. Onların əvəzində isə seyfdə saxta əskinaslar olub.

İş adamı polisə müraciət edib. Bank yoxlamaya başlayıb. Məlum olub ki, pul ötən ilin dekabrında dəyişdirilib.

Hazırda cinayətkarın axtarışı davam etdirilir.

# 3900
avatar

Oxşar yazılar