"Bizim Market" məhkəməyə verildi -  SƏBƏB
24 avqust 2021 17:52 (UTC +04:00)

"Bizim Market" məhkəməyə verildi - SƏBƏB

“Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

Lent.az xəbər verir ki, MMC-nin gömrük qaydalarını pozduğu aşkar edilib. Buna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynin icraatıan verilib.

Qeyd edək ki, həmin maddə əsasında “Bizim Market”I 1500 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3282
avatar

Mehman Nəbiyev

Oxşar yazılar