Bir zabiti, iki giziri öldürən hərbçi HƏBS EDİLDİ
04 yanvar 2022 16:42 (UTC +04:00)

Bir zabiti, iki giziri öldürən hərbçi HƏBS EDİLDİ

0

Baş Prokurorluq bir zabit iki giziri öldürən hərbi qulluqçu barədə məlumat yayıb.

Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4130

Oxşar yazılar