Sabirabad rayonunda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Xankeçən kəndində qeydə alınıb.
Kənd sakini, 2023-cü il təvəllüdlü Əhədov Əlimurad valideyn nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.
Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada gövdənin ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.