Bir milyon dollar   mənimsəyən azərbaycanlı   deportasiya olundu
29 dekabr 2021 18:12 (UTC +04:00)

Bir milyon dollar mənimsəyən azərbaycanlı deportasiya olundu

0

1 milyon dollar mənimsəməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiyadan deportasiya olunub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

"Vnukovo beynəlxalq hava limanında Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiya Federasiyasının qanunvericiliyini pozduğuna görə inzibati qaydada ölkədən çıxarılıb. O, vətənində dələduzluq etməkdə ittiham olunur", - mətbuat mərkəzindən bildirilib.

Azərbaycan tərəfinin bildirdiyinə görə, 2013-cü ilin martında Quliyev biznes qurmaq adı ilə tanışından 1 milyon dollardan artıq borc götürüb, lakin pulu qaytarmayıb. "Dələduzluqda ittiham olunduqdan sonra o, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 34333

Oxşar yazılar