Cəlilabadda bir evdə 3-ü azyaşlı olmaqla, 5 nəfər dəm qazından zəhərlənib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dəm qazından zəhərlənən şəxslər rayonun Adnalı kənd sakinləri - 1988-ci il təvəllüdlü Z. Qürbətov, 1992-ci il təvəllüdlü C. Salmanlı, 2013-cü il təvəllüdlü G. Salmanlı, 2015-ci il təvəllüdlü R. Hümbətov və 2017-ci il təvəllüdlü Y. Hümbətovdur.
Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.