Biləsuvarda uşağı döyüb pulunu əlindən alan  yeniyetmə saxlanıldı
07 avqust 2024 12:24 (UTC +04:00)

Biləsuvarda uşağı döyüb pulunu əlindən alan yeniyetmə saxlanıldı

Biləsuvarda soyğunçuluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib. Biləsuvar rayon sakini olan bir nəfər azyaşlıya zor tətbiq edilməklə 150 manat pulunun ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi 16 yaşlı S.Əmirli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Mehman Nəbiyev

Oxşar yazılar