Biləsuvarda yol qəzasında 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X. Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
***
11:41
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar- Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Arazbarı kəndində qeydə alınıb.
"VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.