Bakıda dəmiryolu çeşidləmə məntəqəsi qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 23-də Biləcəri dəmir yolu çeşidləmə məntəqəsinin ərazisindən 1,1 ton metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini T.Şıxıyev və Sumqayıt şəhər sakini Ş.Sadıqov saxlanılıblar.
Davam etdirilən tədbirlərlə qrupun digər üzvləri - oranın işçiləri, Bakı şəhər sakini C.Xudiyev, Mingəçevir şəhər sakini İ.Səfərov və Zəngilan rayon sakini O.Ağayev də müəyyən edilərək saxlanılıblar.