Bıçağı tanışının  gözünə   sancdı,  qulağını   kəsdi
18 fevral 2024 18:39 (UTC +04:00)

Bıçağı tanışının gözünə sancdı, qulağını kəsdi

1

Leninqrad vilayətinin Murino şəhərindəki mənzillərdən birində qanlı qarşıdurma baş verib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, iki kişi dava edib, nəticədə onlardan biri qulağı və gözündən məhrum olub.

Məlumata görə, Vorontsovski bulvarındakı evlərdən birinin 25 yaşlı sakini 19 yaşlı tanışını qonaq dəvət edib. Lakin onların arasında mübahisə yaranıb və bu zaman sonuncu bıçaqla mənzil sahibinin gözünə xəsarət yetirib, daha sonra isə qulağını kəsib.

Təcili polisə məlumat verilib. Şübhəli şəxs tapılaraq saxlanılıb. İndi detektivlər məsələni araşdırır.

Onlar cinayətin motivlərini müəyyən edirlər.

Zərərçəkənə tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 5251

Oxşar yazılar