Beynəlxalq axtarışda idilər... Azərbaycan iki nəfəri Özbəkistana təhvil verdi
10 iyul 2026 18:11 (UTC +04:00)

Beynəlxalq axtarışda idilər... Azərbaycan iki nəfəri Özbəkistana təhvil verdi

0

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Özbəkistan vətəndaşları – 45 yaşlı Mirzaalimov Raxmatullo Nomancanoviç və 49 yaşlı Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmalarına dair Özbəkistan Baş Prokurorluğunun vəsatətlərini Azərbaycanın Baş Prokurorluğu təmin edib.

Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, habelə ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş Raxmatullo Mirzaalimov və Azamatcon Toxtasinov 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, sonuncular Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar