Beyləqanda ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Allahyarlı kəndindən keçən hissəsində baş verib.
30 yaşlı Qurbanov Qəhrəman Ramin oğlu idarə etdiyi "VAZ-21150" markalı avtomobillə qarşıdan gələn 22 yaşlı Bəndalızadə Hüseyn Qasım oğlunun idarə etdiyi "Mercedes Benz 190" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə hər iki sürücü və sərnişinlər - Taleh Xəlilzadə, Murad Məmmədov, Sülhəddin Quliyev və Ravin Əliyev xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.