Bəxtiyar Mikayılova HÖKM OXUNDU
17 yanvar 2025 11:45 (UTC +04:00)

Bəxtiyar Mikayılova HÖKM OXUNDU

Bakıda bir neçə avtomobildən oğurluq etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəxtiyar Mikayılova hökm oxunub.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Bəxtiyar Mikayılov 5 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev məhkəməyə təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Qeyd edək ki, ötən ilin fevralında Qaradağ rayonunun Lökbatan qəsəbəsində avtomobillərdən oğurluq edilib. Hacıqabul rayon sakini Bəxtiyar Mikayılov adıçəkilən qəsəbə ərazisində olan “Ford” və “Mercedes” markalı 3 avtomobildən və bir nəfərdən ümumilikdə 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2110

Oxşar yazılar

Bakıda binada YANĞIN:  küçə BAĞLANDI

Bakıda binada YANĞIN: küçə BAĞLANDI

15 aprel 2025 , 17:04
Tiktoker qardaşların həbs müddəti uzadıldı

Tiktoker qardaşların həbs müddəti uzadıldı

15 aprel 2025 , 16:03
25 yaşlı azərbaycanlı 50 yaşlı   qadını qaçırdı

25 yaşlı azərbaycanlı 50 yaşlı qadını qaçırdı

15 aprel 2025 , 15:46
Tanınmış reper HƏBS EDİLDİ

Tanınmış reper HƏBS EDİLDİ

15 aprel 2025 , 15:23
Ağdamda DƏHŞƏT:  Doğuş zamanı ölən ana dirildi, körpəsini itirdi

Ağdamda DƏHŞƏT: Doğuş zamanı ölən ana dirildi, körpəsini itirdi

15 aprel 2025 , 14:53
Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 aprel 2025 , 14:22
Məhkəmə Azər Zahidlə bağlı qərar verdi

Məhkəmə Azər Zahidlə bağlı qərar verdi

15 aprel 2025 , 13:37
Ayılar tualetə gedən kişini parçaladı

Ayılar tualetə gedən kişini parçaladı

15 aprel 2025 , 13:12