Sosial şəbəkədə gənc fəal Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı xəbər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, yayılan iddialar əsassızdır:
“Bəxtiyar Hacıyev bölməyə dəvət olunub. Onunla profilaktiki söhbətlər aparılıb və o, sərbəst buraxılıb. Onun saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır”.