Bərdədə maşın vuran gənc xəstəxanada öldü
24 mart 2023 13:11 (UTC +04:00)

Bərdədə maşın vuran gənc xəstəxanada öldü

Bərdədə maşın vuran piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə martın 22-i saat 14 radələrində qeydə alınıb. 29 yaşlı Ərşadlı İsmayıl Müsləddin oğlu idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada Yeni Əyricə kənd sakini 26 yaşlı Əmirov İsrayıl Asif oğlunu vurub. Piyada aldığı bədən xəsarətlərindən martın 23-də Bərdə Müalicə və Diaqnostika Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq olunur.

# 1473
avatar

Mehman Nəbiyev

Oxşar yazılar