Bərdədə Doğum evində körpə ölümü baş verib.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Xəbərə görə, avqustun 13-də, Tərtər rayon sakini, 1995-ci il təvəllüdlü Fəridə Şahbazovanın yeni doğulmuş uşağı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evində ölüb.
Qeyd olunub ki, faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.