Türkiyədə bələdiyyə sədrinin atdan yıxılan qızı ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət İsparta bələdiyyə sədri Şükrü Başdeğirmenin 34 yaşlı qızı Mürüvvet Başdeğirmendən gedir.
Belə ki, qadın keçən il may ayında Dərəgümü kəndindəki atçılıq fermasında özünəməxsus atı götürərək gəzintiyə çıxıb. O, bir anda müvazinətini itirərək yıxılıb. Bunu görən ferma işçiləri dərhal təcili tibbi yardıma müraciət ediblər.
Hadisə yerinə gələn həkimlər beyninə qan sızan qadına ilk yardım göstərdikdən sonra onu xəstəxana aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, Mürüvvet Başdeğirmen bu gün, 1 il yarım sonra həmin xəstəxanada ölüb.