Hindistanda bəbir insanlara hücum edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın Corhat şəhərində baş verib.
Əldə olunan məlumatlara görə, bəbiri tutmağa çalışan üç Meşə Təsərrüfatı İdarəsinin əməkdaşı da daxil olmaqla, 15 nəfər xəsarət alıb.