Yeni ilin gəlişi Azərbaycanda baş verən dəhşətli yol qəzaları gündəm oldu.
Lent.az xəbər verir ki, 2023-ün gəlişi Bakıda ard-arda ağır faciələrə səbəb olan yol qəzaları ilə yadda qalacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza açıqlamasında bildirib ki, dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib.
Həmin qəzalarda 18 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.
Hər bir fakt üzrə araşdırma aparılır.