Bayram günləri yollarda 8 nəfər  ölüb
09 yanvar 2024 11:23 (UTC +04:00)

Bayram günləri yollarda 8 nəfər ölüb

0

Azərbaycanda bayram günləri baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 8 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır.

Bundan başqa, sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3363

Oxşar yazılar