Novosibirskdə ondan çox uşağa işgəncə verən özəl uşaq baxçasının iki müəlliminə qarşı ittiham irəli sürülüb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin yayında müəllimlər uşaqları dəfələrlə döyüb və onlara qarşı “digər zorakılıq hərəkətləri” tətbiq ediblər.
Bildirilir ki, özəl məktəbəqədər təhsil müəssisəsinin ondan çox şagirdi qanunsuz hərəkətlərdən zərər çəkib.
Təqsirləndirilən şəxslər saxlanılıb. Tezliklə onlar üçün qabaqlayıcı tədbir seçiləcək.
Məlumata görə, müəssisə rəhbərinə əvvəllər həyat və sağlamlıq təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlər göstərdiyinə görə ittiham irəli sürülüb.