“Novxanı” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, həmin şəxslər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.