Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yenidən təşkil olunub.
Lent.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən idarənin tərkibində yeni Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə şöbələrin sayı 3-ə çatdırılıb.
Yeni yaradılan şöbəyə İsmayıl Ağayev rəis təyin olunub.
Qeyd edək ki bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
Faktı Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.