Baş nazirin  qız dostu   atışmada  ÖLDÜ  - FOTO
12 dekabr 2022 14:56 (UTC +04:00)

Baş nazirin qız dostu atışmada ÖLDÜ - FOTO

Romada baş verən atışma zamanı İtaliyanın baş naziri Giorgi Meloninin ən yaxın rəfiqəsi həlak olub. 

Lent.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. 

“Nikoletta qoruyucu ana, səmimi və təmkinli dost, eyni zamanda güclü və kövrək qadın idi. Nikoletta dostum idi. Bu üç günahsız qadını öldürən və üç nəfəri yaralayan adam həbs olunub və ümid edirəm ki, tezliklə ədalət öz yerini tapacaq. Mən səni sevirəm” – paylaşımda qeyd edib. 

Baş nazir bildirib ki, rəfiqəsindən geriyə onun yoldaşı və 10 yaşlı oğlu qalıb. O, ədalətin ən qısa zamanda bərqərar olacağına da ümid edir.

Qeyd edək ki, atışma nəticəsində 4 nəfər həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Fidan İlqar

Oxşar yazılar