Baş məşqçisi ilə dalaşan   futbolçu "Barselona"da oynayacaq
14 avqust 2024 09:48 (UTC +04:00)

Baş məşqçisi ilə dalaşan futbolçu "Barselona"da oynayacaq

"Hajduk"un yarımmüdafiəçisi İvan Perişiç karyerasını "Barselona"da davam etdirəcək.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xorvatiyalı futbolçu "Hayduk"un baş məşqçisi Cennaro Qattuzo ilə mübahisə edib, bundan sonra o, müqaviləni pozaraq azad agent statusuna yiyələnib. "Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu vəziyyətdən xəbər tutub və dərhal futbolçuya karyerasını İspaniyada davam etdirmək təklifi ilə şəxsən zəng edib və müsbət cavab alıb.

Xorvatiyalı daha əvvəl "Tottenhem", "İnter", "Bavariya", "Volfsburq", "Borussiya Dortmund" və "Brügge"də çıxış edib. “Borussiya” və “Bavariya” ilə Almaniya çempionu olub, “Volfsburq”la isə ölkə kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar